Şriftin ölçüsü :

Saytın rəngi :

Tofiqi kəndində şəhidin doğum günü qeyd olunub.

04 iyun 2022 | 13:27

4 iyun 2022-ci il tarixində rayonun Tofiqi kəndində 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyev Elşad Mehman oğlunun doğum günü qeyd olunub. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, məktəblilər,  şəhidin doğmaları və kənd sakinləri iştirak ediblər. Tədbirdə ilk öncə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra məktəblilərin ifasında vətənpərvərlik mövzusunda kompozisiyalar təqdim olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər