Şriftin ölçüsü :

Saytın rəngi :

Şəmsabad kəndində şəhid Əlibəy Feyruzlunun doğum günü qeyd olundu

14 sentyabr 2022 | 16:35

14 sentyabr 2022-ci il tarixində rayonun Şəmsabad kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Feyruzlu Əlibəy Samir oğlunun doğum günü qeyd olunub. Anım tədbirində rayon ictimaiyyətinin nümayəndələri, gənclər, şəhidin ailə üzvləri, kənd sakinləri  iştirak edib. Kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, məzarı üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, döyüş yolundan söhbət açılıb. Sonra şəhidin evində ehsan süfrəsi təşkil olunub.        

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Ruhları şad olsun!

 

 

Keçidlər