Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidlərin doğum günü qeyd olundu.

20 aprel 2022 | 15:18

20  aprel 2022-ci il tarixində Ağdaş rayonunun Qəribli və Qaroğlan kəndlərində doğulub boya-başa çatmış, torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədov Bəhman Balakişi oğlu və Mollayev Sədrəddin Molla oğlunun doğum günləri qeyd olundu. 

Tədbirlərdə rayon İcra Hakimiyyəti və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyətin  nümayəndələri, gənclər, məktəblilər, şəhidlərin ailə üzvləri, döyüş yoldaşları və yaxınları iştirak edirdi.

Tədbirlərdə Dövlət Himni səsləndirilmiş, şəhidlərin xatirələri bir dəqiqəlik sükutla yad edilmiş, ruhlarına  dualar oxunmuş, onların döyüş yolundan söhbət açılmışdır.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

 

Keçidlər