Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin doğum günündə ailəsi ziyarət olunub.

02 noyabr 2022 | 15:59

01 noyabr 2022-ci il tarixdə 44 günlük Vətən Müharibəsində fədakarlıq nümunəsi göstərərək şəhidlik zirvəsinə ucalan Ağdaş rayonunun Kotavan kəndində qeydiyyatda olmuş, Mingəçevir şəhərində torpağa tapşırılan şəhid İbrahimzadə Nahid Şahid oğlunun doğum günü qeyd olunub. Ağdaş Rayon İcra Hakimiyyətinin məsul işçiləri və ictimaiyyətin nümayəndələri tərəfindən Mingəçevir şəhərində şəhidin məzarı ziyarət olunub, ailəsinə baş çəkilib, çay süfrəsi ətrafında şəhid ehtiramla anılaraq, ruhuna dualar oxunub. Şəhid ailəsi onlara göstərilən qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Birinci Vitse-Prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini ifadə edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər