Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhidin ad günü qeyd olundu.

20 avqust 2022 | 12:22

20 avqust 2022-ci il tarixində Ağdaş şəhərində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Məmmədzadə Fərid Mehman oğlunun doğum günü qeyd olunub. Anım tədbirində rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və  müharibə iştirakçıları  iştirak edib. Şəhər qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, məzarın üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, şəhidin xatirə bulağının önündə döyüş yolundan söhbət açılıb. Sonra şəhidin evində ehsan süfrəsi təşkil olunub. Qeyd edək ki, şəhid Məmmədzadə Fərid Mehman oğlu Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən  döyüş şücaətinə görə “Vətən uğrunda“ və “ Füzulinin azad edilməsi uğrunda“ və “Cəsur döyüşçü” medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ruhları şad olsun!

 

Keçidlər