Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Xəqan Qurbanovun ailəsi ziyarət olunub.

21 sentyabr 2022 | 16:59

21 sentyabr 2022-ci il tarixində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə və digər məsul işçilər cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası ilə dövlət sərhəddində törətdiyi təxribat nəticəsində döyüş əməliyyatları zamanı qəhrəmancasına şəhid olan Silahlı Qüvvələrin müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu Qurbanov Xəqan Daşqın oğlunun hüzr mərasiminin 7-ci günündə iştirak ediblər. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə başsağlığı verib. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ruhları şad olsun!

 

 

 

Keçidlər