Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Rəcəb Məmmədovun doğum günü qeyd olunub.

23 noyabr 2022 | 17:48

23 noyabr 2022-ci il tarixdə Ağdaş rayonunun Orta Ləki kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Məmmədov Rəcəb Yolçu oğlunun doğum günü ilə əlaqədar məzarı ziyarət olunub. Rayon İcra Hakimiyyətinin məsul işçiləri, ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhid ailələrinin üzvləri və yaxınlarının iştirakı ilə kənd qəbiristanlığında şəhidin məzarı önündə tədbir keçirilib, ruhuna dualar oxunub, döyüş yolundan söhbət açılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Keçidlər