Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Ramil Səlimzadənin ailəsi ziyarət olunub.

15 oktyabr 2022 | 13:40

15 oktyabr 2022-ci il tarixdə Ağdaş rayonunun Aşağı Ağcayazı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Səlimzadə Ramil Raqif oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib, məzarı ziyarət olunub. Anım tədbirində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Milli Məclisin deputatı Cavid Osmanov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nizami Heybətov,ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhid ailələrinin üzvləri, qazilər və müharibə iştirakçıları iştirak edib. Şəhidin döyüş yolu və qəhrəmanlığından söhbət açılıb, xatirəsi ehtiramla yad edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər