Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Emil İsmiyevin ailəsi ziyarət olunub.

09 oktyabr 2022 | 08:47

9 oktyabr 2022-ci il tarixdə Ağdaş şəhərində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan İsmiyev Emil Elman oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib, məzarı ziyarət olunub. Anım tədbirində rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Şəhidin ruhuna  dualar  oxunub, döyüş yolu və  qəhrəmanlığından söhbət açılıb.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər