Şriftin ölçüsü :

Saytın rəngi :

Şəhid Elvin Həsənovun xatirəsi anıldı.

10 noyabr 2022 | 17:09

8  noyabr 2022-ci il tarixində Ağdaş rayonunun  Mürsəl kəndində kəndində 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Həsənov Elvin Əlizadə  oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib. Şəhidin xatirəsinə inşa edilən xatirə bulağının önündə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında  Azərbaycan xalqının dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdiyi və qalib xalq olduğu  bir daha qeyd olunub. Anım tədbirində Milli Məclisin deputatı Cavid Osmanov, rayon İcra Hakimiyyətinin məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri və kənd sakinləri iştirak edib.

          Allah bütün şəhidlərimizə rəhmət eləsin.

 

Keçidlər