Şriftin ölçüsü :

Saytın rəngi :

Rayonda suvarma suyu ilə təminatın yaxşılaşdırılması sahəsində tədbirlər davam etdirilir.

16 iyul 2022 | 12:50

Prezident İlham Əliyevin “Ağdaş, Ağsu, İsmayıllı, Qəbələ, Qobustan, Oğuz və Şamaxı rayonlarında əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılmasına və əhalinin içməli suya tələbatının ödənilməsinə dair əlavə tədbirlər haqqında” müvafiq sərəncamına uyğun olaraq rayonun Xınaxlı kəndi ərazisində Meliorasiya və Su Təsərrüfatı ASC tərəfindən subartezian quyusunun qazılmasına başlanılıb.

Subartezian quyusunun istismara verilməsi nəticəsində 500 nəfərdən çox əhalinin yaşadığı Xınaxlı kəndinin əkin üçün istifadə olunan həyətyanı torpaq sahələrinin suvarma suyu, həmçinin içməli su ilə təminatının daha da yaxşılaşdırılacağı gözlənilir.

Keçidlər