Şriftin ölçüsü :

Saytın rəngi :

Qarağan Şıxlar kəndində şəhidin il mərasimi keçirildi.

03 oktyabr 2022 | 17:02

03  oktyabr 2022-ci il tarixdə 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Namətov Naib Firqət oğlunun  il  mərasimi keçirildi. Mərasimdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, şəhidin ailə üzvləri, doğmaları və yaxınları  iştirak edirdi.  Əvvəlcə şəhidin kənd qəbiristanlığındakı məzarı ziyarət olundu, ruhuna dualar oxundu, qəbirinin üzərinə gül  dəstələri düzüldü, valideynlərinə başsağlığı verildi. Qeyd edək ki, 44 günlük Vətən Müharibəsində göstərdiyi qəhrəmanlığına görə Namətov Naib Firqət oğlu Azərbaycan Respublikasının Prezidenti, Silahlı  Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin müvafiq sərəncamları ilə ölümündən sonra “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Xocavəndin azad olunmasına görə”  medalları ilə təltif olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

 

 

 

Keçidlər