Şriftin ölçüsü :

Saytın rəngi :

Qaradağlı kəndində şəhid Cəlil Əliyevin ailəsi ziyarət olunub.

22 oktyabr 2022 | 12:44

22 oktyabr 2022-ci il tarixdə Ağdaş rayonunun Qaradağlı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Əliyev Cəlil Qüdrət oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib, məzarı ziyarət olunub. İl mərasimində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nizami Heybətov, ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Şəhidin döyüş yolu və vətənpərvərliklərindən söhbət açılıb, ruhuna dualar oxunub, xatirəsi ehtiramla yad edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

 

Keçidlər