Şriftin ölçüsü :

Saytın rəngi :

Kükəl kəndində şəhidlərin xatirəsi əbədiləşdirildi.

24 may 2022 | 17:09

24 may 2022-ci il tarixdə rayonun Kükəl kəndində Hüşün, Ərəb və Kükəl  kəndlərindən olan, Birinci Qarabağ Müharibəsində şəhidlik zirvəsinə ucalan döyüşçülərin portretlərinin əks olunduğu xatirə lövhəsinin açılış mərasimi keçirilib. Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, məktəblilər, şəhidlərin doğmaları və kənd sakinləri iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda kompozisiya təqdim olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!  Ruhları şad olsun!

 

Keçidlər