Şriftin ölçüsü :

Saytın rəngi :

İkinci Aral kəndində şəhidin ad günü qeyd olundu.

25 avqust 2022 | 12:37

25 avqust 2022-ci il tarixində  rayonun İkinci Aral  kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Həsənov Rəvan Rövşən oğlunun doğum günü qeyd olunub. Anım tədbirində rayon ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri, kənd sakinləri  iştirak edib. Kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, məzarın üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, döyüş yolundan söhbət açılıb. Sonra şəhidin evində ehsan süfrəsi təşkil olunub. Qeyd edək ki, şəhid Rəvan Rövşən oğlu Həsənov Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən döyüş  şücaətinə görə “Vətən uğrunda“,   “Füzulinin azad edilməsi uğrunda“ və  “Xocavəndin azad edilməsi uğrunda“  medalları ilə təltif edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Ruhları şad olsun!

 

Keçidlər