Şriftin ölçüsü :

Saytın rəngi :

Gürcüva kəndində şəhid Murad Hacıyevin xatirəsi ehtiramla anılıb.

17 noyabr 2022 | 17:22

17 noyabr 2022-ci il tarixdə Ağdaş rayonunun Gürcüva kəndində 44 günlük Vətən Müharibəsində qəhrəmancasına şəhid olan Hacıyev Murad Eynulla oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib, məzarı ziyarət olunub, xatirə lövhəsinin önündə tədbir keçirilib.

İldönümündə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nizami Heybətov, ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhid ailələrinin üzvləri iştirak edib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər