Şriftin ölçüsü :

Saytın rəngi :

Gimnaziyada Zəfər gününə həsr olunan tədbir keçirildi.

05 noyabr 2022 | 18:15

5 noyabr 2022-ci il tarixində Zəfər günü münasibətilə  Ağdaş şəhər  M.Şeyxzadə  adına texniki, təbiət və humanitar fənlər təmayüllü gimnaziyada  Zəfər günü ilə əlaqədar  tədbir keçirilib. Tədbirdə şəhid ailələrinin üzvləri, müharibə veteranları, qeyri-hökumət  təşkilatlarının nümayəndələri, gimnaziyanın pedaqoji kollektivi və şagirdlərin bir qrupu  iştirak edib.  Şəhid ailələrinin üzvləri və müharibə veteranları  gimnaziyada təhsil alan şagirdlərlə  görüşmüş, sonra foyedə şəhidlərin həyat  və döyüş yolundan bəhs edən  foto albomlara  baxış keçiriblər.  Gimnaziyanın akt zalında davam etdirilən tədbirdə Dövlət Himni səsləndirilib, şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edənlər Vətən Müharibəsində Azərbaycan Ordusunun rəşadətindən, torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalanların şərəfli ömür və döyüş yolundan danışıblar.  Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya təqdim edilib.

             Tədbir çay süfrəsi ətrafında yekunlaşıb.

 

             

Keçidlər