Şriftin ölçüsü :

Saytın rəngi :

Ərəbocağı kəndində şəhid Xəyal İdrisovun ailəsi ziyarət olunub.

11 oktyabr 2022 | 18:08

11 oktyabr 2022-ci il tarixdə Ağdaş rayonunun Ərəbocağı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan İdrisov Xəyal İbrahim oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib. Anım tədbirində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nizami Heybətov,  ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Tədbir şəhidin xatirəsinə inşa edilən bulaq kompleksinin ətrafında davam etdirilib. Tədbirdə Dövlət Himni səsləndirilib. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Məktəblilərin təqdimatında bədii kompozisiya nümayiş etdirilib. Sonda tədbirin iştirakçıları tərəfindən şəhidin məzarı ziyarət olunub, ruhuna dualar oxunub, şəhidin doğulduğu evdə ehsan süfrəsi təşkil olunub.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər