Şriftin ölçüsü :

Saytın rəngi :

Ərəbocağı kəndində şəhid Nihat Kərimlinin ailəsi ziyarət olunub.

08 oktyabr 2022 | 13:14

8 oktyabr 2022-ci il tarixdə Ağdaş rayonunun Ərəbocağı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğurunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Kərimli Nihat Teymur oğlunun şəhadətə yüksəlməsinin ikinci ildönümü ilə əlaqədar ailəsinə baş çəkilib, məzarı ziyarət olunub.

Anım tədbirində rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, kənd sakinləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər.

Şəhidin döyüş yolu və qəhrəmanlığından söhbət açılıb, xatirəsi ehtiramla yad edilib.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

Keçidlər