Şriftin ölçüsü :

Saytın rəngi :

Dövlət qulluqçusunun medalı təqdim edildi.

03 fevral 2023 | 15:48

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 22 iyun 2022 ci il tarixli sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə dövlət qulluqçularının bir qrupu medallarla təltif edilib. Təltif olunanların sırasında Ağdaş Rayon İcra Hakimiyyəti başçısı aparatının Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdirinin müavini Əhmədov Xanmusa Firidun oğlu da yer alıb. 3 fevral 2023-cü il tarixdə rayon İcra Hakimiyyətində keçirilən tədbirdə Xanmusa Əhmədova təltif edildiyi “Dövlət qulluğunda fərqlənməyə görə” medalı təqdim olundu. Həmkarımızı təbrik edir, bundan sonrakı fəaliyyətində ona möhkəm cansağlığı və bol-bol uğurlar arzulayırıq.

Keçidlər