Şriftin ölçüsü :

Saytın rəngi :

Aşağı Qəsil kəndində şəhidin xatirə lövhəsinin açılış mərasimi keçirilib.

03 iyun 2022 | 18:13

Birinci Qarabağ Müharibəsində itkin düşmüş Abbasov Qurbanəli Abbasqulu oğlunun doğulub boya-başa çatdığı Aşağı Qəsil kəndində portretinin əks olunduğu xatirə lövhəsinin açılış mərasimi keçirilib. 3 iyun 2022-ci il tarixində keçirilən mərasimdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, gənclər təşkilatı, məktəblilər, şəhidin doğmaları və kənd sakinləri iştirak ediblər. Ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçən qəhrəman şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, məktəblilərin ifasında vətənpərvərlik mövzusunda kompozisiya təqdim olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!  Ruhları şad olsun!

 

 

Keçidlər