Şriftin ölçüsü :

Saytın rəngi :

Ağzibir kəndində şəhidin ad günü qeyd olundu.

06 avqust 2022 | 13:22

6 avqust 2022-ci il tarixində Ağdaş rayonunun Ağzıbir kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan  İbrahimxəlilov Söyxan Eldəniz oğlunun doğum günü qeyd olunub.

Mərasimdə  rayon İcra Hakimiyyəti, kənd ictimaiyyətinin nümayəndələri, şəhidin ailə üzvləri və  müharibə iştirakçıları  iştirak edib.

Əvvəlcə  kənd qəbiristanlığında şəhidin məzarı ziyarət olunub, məzarın üzərinə gül dəstələri düzülüb, ruhuna dualar oxunub, şəhidin xatirə bulağının önündə döyüş yolundan söhbət açılıb.

 Sonra şəhidin evində ehsan süfrəsi təşkil olunub.

 Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin sərəncamlarına əsasən  Söyxan İbrahimxəlilov döyüş şücaətinə görə  “Vətən uğrunda“, ”Cəsur döyüşçü”, “Füzulinin azad edilməsi uğrunda“ və “Xocavəndin azad edilməsi uğrunda “medalları ilə təltif edilib.

 

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

 

Ruhları şad olsun!

Keçidlər