Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşlı şəhidlərin il mərasimləri keçirildi.

04 oktyabr 2022 | 15:35

4 okyabr 2022-ci il tarixdə Ağdaş şəhəri və Ərəbocağı kəndində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan  Məmmədzadə Fərid Mehman oğlu və Osmanov Məhəmməd Seymur oğlunun ikinci il mərasimləri ilə bağlı ailələri ziyarət olunub. Mərasimlərdə rayon İcra Hakimiyyətinin məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, şəhidin ailə üzvləri, doğmaları və yaxınları iştirak edib. Hüzr mərasimlərində şəhidlərin döyüş yolu və vətənpərvərliklərindən söhbət açılıb, ruhlarına dualar oxunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Keçidlər