Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Zəfər Gününə həsr olunan tədbirlərə start verilib.

03 noyabr 2022 | 11:05

2 noyabr 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində 8 Noyabr-Zəfər Gününə həsr olunmuş “Zəfərin carçıları” adlı tədbir təşkil olunub. Tədbirdə şəhid ailələrinin üzvləri, Vətən Müharibəsinin iştirakçıları, qazilər, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsi, Gənclər və İdman idarəsi, Ağdaş rayonu üzrə təhsil sektoru və mədəniyyət müəssisələrinin əməkdaşları iştirak edib. İştirakçılar tərəfindən Heydər Əliyev Mərkəzinin foyesində şəhidlərin fotoşəkillərinin və şəxsi əşyalarının nümayiş olunduğu sərgiyə baxış keçirilib. Tədbirin bədii hissəsi başlamazdan əvvəl Dövlət Himni səsləndirilib, şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən xalq teatrının təqdimatında “Şəhid atası” adlı kompozisiya təqdim edilib. Tədbirin yekununda Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nizami Heybətov tərəfindən Vətən müharibəsi iştirakçılarına medallar təqdim edilib.

 

Keçidlər