Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda yaralı hərbiçinin ailəsi ziyarət olunub.

20 sentyabr 2022 | 16:08

19 sentyabr 2022-ci il tarixində rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə cari ilin 12-13 sentyabr tarixlərində Ermənistan silahlı qüvvələrinin Azərbaycan Respublikası ilə dövlət sərhəddində törətdiyi təxribat nəticəsində döyüş əməliyyatları zamanı yaralanan müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, rayonun Aşağı Zeynəddin kənd icra nümayəndəliyinin ərazisinə daxil olan Yeniarx kənd sakini Cəbrayılov Yasin Eldəniz oğlunun ailəsinə baş çəkib.

Görüş zamanı hərbi qulluqçu Yasin Cəbrayılovun ailəsinin zəruri ehtiyac və qayğıları ilə maraqlanılıb, ailəyə ərzaq yardımı göstərilib.

 

Keçidlər