Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd edilib.

10 may 2022 | 16:36

10 may  2022-ci il tarixdə  Ağdaşda  xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin anadan olmasının 99-cu ildönümü qeyd olundu. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri ulu öndərin xatirəsini ehtiramla yad edərək abidəsi önünə gül dəstələri düzmüşdür. Karantin rejiminin tələbləri gözlənilməklə gün boyunca rayonun əmək kollektivləri, inzibati ərazi dairələrini əhatə  edən  sakinlər abidənin önünə tər güllər düzərək ulu öndərin əziz xatirəsinə öz ehtiramlarını bildirmişlər. Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilmişdir.

 

 

Keçidlər