Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda vətəndaş qəbulu keçirildi.

01 dekabr 2022 | 18:01

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən, mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərləri bölgələrdə vətəndaşların qəbulunu davam etdirir. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri  Bahar Muradova   dekabrın 1-də Ağdaş rayonundakı Heydər Əliyev Mərkəzində vətəndaşların qəbulunu keçirib. Qəbuldan öncə  Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb, xatirəsi ehtiramla yad edilib. Qəbulda iştirak edən vətəndaşların müraciətləri ailə məsələlərinə dair hüquqi dəstək,  uşaqların müalicəsi və bir sıra digər məsələlərlə bağlı olub. Vətəndaşların Dövlət Komitəsinin səlahiyyət dairəsinə aid müraciətləri Komitənin müvafiq struktur bölmələrinin məsul şəxslərinin iştirakı ilə dinlənilib, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görülüb.

Keçidlər