Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Vətən Müharibəsi şəhidlərinin məktəbli övladlarına dərs ləvazimatları paylanıldı.

02 sentyabr 2022 | 15:32

Yeni dərs ilinin başlanğıcı ərəfəsində Yaşat Fondu tərəfindən şəhidlərin məktəbli övladlarına dərs ləvazimatlarının paylanması ənənəvi hal almışdır. 02 sentyabr 2022-ci tarixində rayonun ümumtəhsil məktəblərində təhsil alan Vətən Müharibəsi şəhidlərinin məktəbli övladlarının hər birinə evbəev gedilməklə dərs ləvazimatlarından ibarət xüsusi hədiyyə qutusu təqdim edilmişdir. Şəhid ailələrinin üzvləri göstərilən qayğıya görə dövlət başçısı və Fondun rəhbərliyinə minnətdarlıqlarını bildirmişlər.

Keçidlər