Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda ürək-damar xəstəliklərinin profilaktikası ilə bağlı tədbir keçirildi.

15 oktyabr 2022 | 13:43

14 oktyabr 2022-ci il tarixdə rayon Mərkəzi Xəstəxanası Publik Hüquqi Şəxsdə  Pediatrik Kardiologiya və Revmatologiya ictimai birliyinin Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirdiyi “Ürəkləri qoruyaq – regionlarda ürək-damar xəstəlikləri və onların profilaktikası mövzusunda maarifləndirmə” layihəsinin növbəti tədbiri həyata keçirildi. Layihənin rəhbəri Sveta Rəfiyeva layihə və mövzu barədə iştirakçılara geniş məlumat verdi. Ürək qüsurlu vətəndaşların və uşaqların valideynlərinin iştirak etdiyi tədbirdə mövzu ətrafında geniş fikir mübadiləsi aparıldı, iştirakçıları maraqlandıran suallar cavablandırıldı.

Keçidlər