Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı qeyd edildi.

04 iyun 2022 | 11:33

4 iyun 2022-ci il tarixdə Ağdaş Suvarma Sistemləri idarəsinin təşkilatçılığı ilə  “5 iyun - Su təsərrüfatı və meliorasiya işçilərinin peşə bayramı” münasibətilə Heydər Əliyev Mərkəzinin qarşısında tədbir keçirildi. Tədbir iştirakçıları xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi önünə gələrək tər güllər düzdülər. Çıxışlarda qeyd olundu ki, regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramlarında kənd təsərrüfat təyinatlı torpaqların suvarılması ilə bağlı iri miqyaslı layihələrin həyata keçirilməsi nəzərdə tutulmuşdur. Möhtərəm Prezidentimizin daimi nəzarəti və diqqəti sayəsində bu istiqamətdə nəzərdə tutulan layihələrin artıq böyük bir hissəsi reallığa çevrilmişdir. Meliorasiya işçiləri göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və rayon rəhbərliyinə dərin minnətdarlıq hisslərini  bildirdilər. Tədbirin yekununda peşə bayramı münasibətilə rayonun su təsərrüfatı və meliorasiya işçilərinin əməkdaşlarına fəxri fərmanlar təqdim olundu.

Keçidlər