Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda son zəng tədbirləri keçirildi.

14 iyun 2022 | 15:20

14 iyun 2022-ci il tarixində rayonun tam orta  təhsil  məktəblərinin ərazisində Təhsil Nazirinin müvafiq əmrinə  uyğun olaraq  "Son zəng" tədbirləri  keçirilib. Tədbir ərəfəsində şagirdlərin təhlükəsiz­liyinin təmin edilməsi məqsədilə məktəblərdə zəruri tədbirlər həyata keçirilib. “Son zəng 2022” tədbirlərində məktəblərin valideyn komitələri, ictimaiyyət nümayəndələri və məzunlar iştirak edib. Qeyd edək ki, 2021/2022-ci dərs ilində rayonun 1 gimnaziya və 40 tam orta məktəbində təhsil almış 889 nəfər məzun tam orta təhsilini başa vurmuşdur.

 

Keçidlər