Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhidlərin doğum günündə xatirələri anılıb.

18 oktyabr 2022 | 16:40

18 oktyabr 2022-ci il tarixdə rayonun Pirəzə kəndində Birinci Qarabağ müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə itkin düşmüş şəhid Əliyev İmaməddin Əliağa oğlunun doğum günü ilə əlaqədar xatirəsinə ehtiram əlaməti olaraq inşa edilmiş abidə kompleksinin açılış mərasimi keçirilib. Həmin gün ərzində Gürcuva kəndində 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalan Hacıyev Murad Eynulla oğlunun doğum günü ilə əlaqədar ailəsi ziyarət olunub. Tədbirlərdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, ictimaiyyətin nümayəndələri, kənd sakinləri iştirak edib, şəhidlərin ruhuna dualar oxunub, əziz xatirələri ehtiramla yad olunub.

Allah rəhmət eləsin!

Keçidlər