Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda şəhidlərin anım tədbirləri keçirilib.

05 oktyabr 2022 | 17:37

5 oktyabr 2022-ci il tarixdə rayonun Xosrov və Qaradeyin kəndlərində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində şəhidlik zirvəsinə ucalan Vəliyev Sadiq Ayaz oğlunun şəhadətə yüksəlməsinin ikinci ili və Məsimov Əkbər Yunis oğlunun doğum günü  ilə əlaqədar ailələrinə baş çəkilib, məzarları ziyarət olunub. Anım tədbirlərində rayon İcra Hakimiyyəti aparatının məsul işçiləri,  Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları,  ictimaiyyətin nümayəndələri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər. Gün ərzində şəhidlərin məzarları ziyarət olunub, ruhlarına  dualar  oxunub, şəhidlərin döyüş yolundan söhbət açılıb. Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

 

Keçidlər