Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirildi.

15 aprel 2022 | 09:21

14 aprel 2022-ci il tarixində Qəsil kənd tam orta məktəbində VIII-X sinif şagirdlərinin iştirakı ilə “Şahin” hərbi-idman oyunları üzrə rayon birinciliyi keçirildi. Tədbirdə rayon İcra Hakimiyyəti, Gənclər və İdman idarəsi, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri, təhsil işçiləri, qazilər iştirak edirdi. Tədbirdə Dövlət himni səsləndirildi. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Çıxışlarda qeyd olundu ki, “Şahin” hərbi-idman oyunlarının keçirilməsində əsas məqsəd gənclərdə vətəndaşlıq və vətənpərvərlik tərbiyəsinin aşılanması, məktəbliləri hərbi-idman oyunlarına cəlb etməklə onların ordu sıralarında hərbi xidmətə hazırlanmasına köməklik göstərmək, çağırışçı gənclərin fiziki sağlamlığının möhkəmləndirilməsi və hərbi xidmətə hazırlığının artırılmasından ibarətdir. Yarışda rayon üzrə 15 şəhər və kənd tam orta məktəbin komandaları iştirak edirdi. Komandanın tərkibi 4 nəfəri qız, 10 nəfəri oğlan olmaqla, ümumilikdə 14 nəfərdən ibarətdir. Sonda Qolqəti kənd tam orta məktəbin komandası III yer, Aralbir kənd tam orta məktəbin komandası II yer, Yuxarı Ağcayazı kənd tam orta məktəbin komandası I yerə layiq görülərək diplomla təltif olundular. Yarışda qalib gəlmiş komanda Yevlax şəhərində keçiriləcək zona çempionatında iştirak etmək hüququ qazanmışdır.

 

Keçidlər