Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Qurban bayramı ilə əlaqədar tədbir keçirildi.

07 iyul 2022 | 17:57

7 iyul 2022-ci il tarixində Mərkəzləşdirilmiş Kitabxanalar Sistemində rayon İcra Hakimiyyəti və Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin Yevlax bölgəsi üzrə şöbəsinin birgə təşkilatçılığı ilə Qurban bayramına həsr olunan tədbir keçirildi. “Qurban bayramı xalqımızın milli-mənəvi dəyərlərinə bağlılıq, mərhəmət və birlik rəmzidir” mövzusuna həsr olunan tədbirdə rayon İcra Hakimiyyəti başçısı aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini-dini qurumlarla işin təşkilatçısı Səbuhi Musayev, DQİDK-nın Yevlax  bölgəsi üzrə şöbəsinin əməkdaşı Asif Ədilov, dini icma sədri Vasib Əhmədov və ictimaiyyət nümayəndələri iştirak edirdi. Çıxışlarda islam aləminin xeyirxahlıq, mənəvi həmrəylik rəmzi olan bu bayramın hər il ölkəmizdə böyük ruh yüksəkliyi ilə qeyd edildiyi diqqətə çatdırılmışdır. Natiqlər Qurban bayramının islam mədəniyyətinin min illər boyu formalaşdırdığı milli-mənəvi dəyərlərin ayrılmaz bir parçası olduğunu qeyd ediblər.

Keçidlər