Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Novruz bayramı münasibətilə ümumrayon tədbiri keçirildi.

18 mart 2023 | 17:48

            Novruz bayramı ilə əlaqədar 18 mart 2023-cü il tarixdə saat 10:00-dan başlayaraq bayramsayağı bəzədilmiş Heydər parkında ümumrayon tədbiri keçirildi. Tədbirdə rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov, hüquq-mühafizə orqanlarının rəhbərləri, idarə, müəssisə, təşkilatların kollektivləri, ictimaiyyətin nümayəndələri və rayon sakinləri iştirak edirdi. Tədbirdə gənc rəssamlar, məktəbəqədər, ümumtəhsil, peşə, Dövlət Humanitar Kolleci və mədəniyyət müəssisələrinin əl işlərindən ibarət sərgi, qədim əşyalar, milli mətbəx və xalq sənəti nümunələrinin nümayişi təqdim olunmaqla, gənc idmançıların güləş, karate, boks, şahmat, dama, idman növləri üzrə nümunəvi çıxışları, “Kəndirbazlar” sirk folklor qrupu və rayonun mədəniyyət kollektivləri, eyni zamanda Habil Əliyev adına uşaq musiqi məktəbinin ansamblının ifasında rəngarəng mahnı və rəqs qrupları tərəfindən xalq rəqslərindən ibarət proqram təqdim edildi. Novruzun gəlişi münasibətilə Dədə Qorqud qədim ənənəyə uyğun olaraq mərkəzi meydana daxil oldu, bir qrup Vətən Müharibəsi veteranlarının iştirakı ilə bayram tonqalı alovlandırıldı. Novruzun əsas atributları olan Bahar qız, Keçəl, Kosa, milli geyimdə olan qızlar, oğlanlar və folklor kollektivləri tərəfindən Novruz ovqatı yaradan nümunəvi çıxışlar təqdim edildi. Rayon rəhbərliyi tədbirin keçirildiyi meydanda əhali ilə, xüsusən də şəhid ailələri və veteranlarla görüşərək onlara bayram təbriklərini çatdırdı. Tədbir Heydər parkında rayonun mədəniyyət kollektivlərinin ifasında konsert proqramı ilə davam etdirilərək sakinlərin bayram gəzintisi ilə başa çatdı.

Keçidlər