Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda narkomaniyaya qarşı mübarizə üzrə maarifləndirici tədbir keçirilib.

27 oktyabr 2022 | 13:02

26 oktyabr 2022-ci il tarixdə rayon İcra Hakimiyyətində Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə narkomanlıq probleminə dair maarifləndirici tədbir keçirilib. Tədbirdə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov, rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri İsmayıl Yusifzadə, hüquq-mühafizə orqanlarının əməkdaşları və rayon üzrə müvafiq komissiyanın üzvləri iştirak edib. Tədbiri giriş sözü ilə rayon İcra Hakimiyyəti başçısının birinci müavini, Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə rayon komissiyasının sədri İsmayıl Yusifzadə açaraq, narkotik maddələrdən istifadənin risk amilləri, narkotik asılılığın formalaşma mərhələləri, psixoaktiv maddələrin xüsusiyyətləri və onların sağlamlığa zərərli təsiri barədə zəruri məlumat verib. Tədbirdə çıxış edən Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən işçi qrupu rəhbərinin müavini Tanrıverdi Aydınov respublikada narkomanlığa və narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı aparılan mübarizə tədbirlərindən söhbət açıb, mövcud problemləri diqqətə çatdırıb.

Aidiyyəti qurumların nümayəndələri tədbirdə çıxış ediblər.

Sonda tədbir iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.

Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu tərəfindən iştirakçılara metodiki xarakterli kitabçalar paylanılıb.

 

Keçidlər