Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Məhərrəmlik ayının başlanması ilə əlaqədaq tədbir kecirildi.

03 avqust 2022 | 17:12

3 avqust  2022-ci il tarixdə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK)  Yevlax bölgəsi, QMİ-nin  Ağdaş rayon  nümayəndəliyi və rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Məhərrəmlik ayının başlanması ilə əlaqədaq tədbir kecirildi.

            Tədbirdə rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavinl, QMİ-nin bölgə üzrə qazisi, səlahiyyətli nümayəndələr və imamlar iştirak edirdilər.

Çıxışlarda qeyd olunub ki, Prezident İlham Əliyevin misilsiz xidmətləri sayəsində milli-mənəvi, o cümlədən dini dəyərlərimizin qorunması istiqamətində böyük uğurlar əldə olunub. Dövlət başçımızın diqqət və qayğısı sayəsində xalqımızın əsrlərin sınağından çıxan milli adət-ənənələrinin yaşadılması üçün bütün lazımi şərait yaradılıb. Vurğulanıb ki, məhz həyata keçirilən uğurlu siyasətin nəticəsidir ki, ölkəmizdə dövlət-din münasibətləri beynəlxalq hüquq normaları çərçivəsində tənzimlənir.

Məhərrəmlik mərasimlərində hər kəsə QMİ-nin Qazılar Şurasının müvafiq fətvasının tələblərinə ciddi riayət etmək tövsiyə edilib.

Keçidlər