Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirildi.

17 iyun 2022 | 15:53

17 iyun 2022-ci il tarixdə rayon Mərkəzi Kitabxanasında “İnsan hüquqları aylığı” çərçivəsində tədbir keçirildi. Tədbirdə insan hüquqlarının təməl prinsipləri barəsində məruzə təqdim edildi. Çıxışlarda ölkəmizdə insan hüquq və azadlıqlarının qorunması, eləcə də ölkə vətəndaşlarının bərabər hüquqlarının təmin olunması istiqamətində xeyli işlər görüldüyü, gender bərabərliyi, vətəndaşların təhsil hüquqları, ana dilində danışmaq və əlifba islahatları barədə geniş söhbət açıldı. Qeyd olundu ki, müstəqillik illəri ərzində gənclərin dövlət idarəçiliyində iştirakı, insanların seçmək və seçilmək hüququnun təmin olunması, eyni zamanda sağlamlıq və tibbi yardım almaq istiqamətində həyata keçirilən tədbirlər böyük önəmə malikdir. İştirakçılar ölkəmizdə media haqqında yeni qanunun qəbulu, eyni zamanda söz və mətbuat azadlığı barədə geniş fikir mübadiləsi apardılar.

Keçidlər