Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Dövlət qulluqçularının peşə bayramı qeyd olundu.

23 iyun 2022 | 11:13

23 iyun 2022-ci il tarixində dövlət qulluqçularının peşə bayramı gününə həsr olunmuş tədbir keçirildi. Tədbir iştirakçıları tərəfindən əvvəlcə xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüldü, xatirəsi ehtiramla yad edildi. Rayon İcra Hakimiyyətinin başçısı Tofiq İbrahimov dövlət qulluqçularını peşə bayramı münasibətilə təbrik etdi, onlara xidməti fəaliyyətlərində uğurlar arzuladı. Tədbirdə rayon İcra Hakimiyyəti və yerli icra strukturlarında çalışan bir qrup dövlət qulluqçularına dövlət qulluğunda səmərəli fəaliyyətinə görə rayon İcra Hakimiyyətinin  fəxri fərmanları təqdim edildi. Sonda xatirə şəkli çəkdirildi.

Keçidlər