Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Dövlət Müstəqilliyi Günü qeyd olundu.

28 may 2022 | 00:00

28 may 2022-ci il tarixdə rayon ictimaiyyəti nümayəndələri və mədəniyyət kollektivlərinin iştirakı ilə Müstəqillik Gününə həsr olunan “Şuşa, sən azadsan!” adlı kütləvi tədbir keçirildi. Tədbirə ilk olaraq Habil Əliyev adına Ağdaş şəhər 1 nömrəli uşaq musiqi məktəbinin qarşısında “Kəndirbazlar” sirk qrupunun nümunəvi çıxışları ilə start verilməklə, xor kollektivi və ansamblın ifasında musiqi nömrələri təqdim olundu. Heydər parkının girişində Ağdaş və Ucar rayonlarının folklor kollektivlərinin iştirakı ilə qədim folklorumuza həsr olunan musiqili-əyləncəli proqram göstərildi. Parkın ərazisi boyunca rayon mərkəzi kitabxanasının kitab sərgisi, tarix-diyarşünaslıq muzeyindəki eksponatların nümayişi, mədəniyyət mərkəzinin rəssamlıq dərnəyi və rəsm qalereyasının azyaşlı rəssamlarının canlı şəkildə rəsm nümunələrinin təqdimatı iştirakçılar tərəfindən maraqla izlənildi. Eyni zamanda parkın görməli yerlərində milli mətbəx sərgisi və xalçaçılıq guşəsi sakinlərdə xoş ovqat yaratdı. Tədbiri baxımlı edən daha bir cəhət isə Mingəçevir Dövlət Dram Teatrının aparıcı aktyorlarının ifasında açıq hava altında göstərilən tamaşanın nümayişi oldu. Bayram konserti ilə davam etdirilən tədbir, atəşfəşanlıqla başa çatdı.

 

Keçidlər