Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda buraxılış imtahanları başa çatdı.

23 aprel 2022 | 12:47

23 aprel 2022-ci il tarixində Dövlət İmtahan Mərkəzi tərəfindən rayonun S.Vurğun, Nizami, M.İsayev adına şəhər, Ləki qəsəbə 6 nömrəli, Orta Ləki kənd tam orta məktəbləri, M.Şeyxzadə adına TTH gimnaziya və Ağdaş Dövlət Humanitar Kollecinin tədris korpuslarında ümumtəhsil məktəblərinin 9-cu sinif şagirdlərinin mərkəzləşdirilmiş qaydada buraxılış imtahanları keçirilmişdir.

Karantin rejimi ilə əlaqədar tətbiq olunan metodiki göstərişlər və imtahanın keçirilməsi ilə bağlı Dövlət İmtahan Mərkəzi tərəfindən müəyyən edilmiş təlimata əsasən nəzarətçilər və iştirakçıların sağlamlığının qorunması məqsədilə tədris binalarının sanitar qovşaqlarında axar suyun fasiləsizliyi təmin edilmiş, tədris binaları polis tərəfindən əvvəlcədən mühafizəyə götürülmüş, binaların qarşısına toplaşanlar arasında sosial məsafə təmin olunmuş, tibbi maskalardan istifadə ilə bağlı əvvəlcədən zəruri izahat işləri aparılmış, tibbi xidmətin təşkili ilə bağlı müvafiq tədbirlər görülmüş, imtahan keçirilən gün ərzində nəqliyyatın hərəkəti tənzimlənməklə asayiş tam təmin edilmişdir.

Qeyd edək ki, 2021/2022-ci tədris ilinin yekunlarına əsasən rayonun ümumi təhsil müəssisələrindən 1 gimnaziya, 18 ümumi, 40 tam orta məktəb daxil olmaqla, 1360 nəfər 9-cu sinif şagirdi buraxılış imtahanında iştirak etmək hüququ qazanmışdır.

 

Keçidlər