Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Beynəlxalq Müəllimlər Gününə həsr olunan tədbir keçirilib.

06 oktyabr 2022 | 10:43

5 oktyabr 2022-ci il tarixdə Heydər Əliyev Mərkəzində Beynəlxalq Müəllimlər Günü münasibəti ilə tədbir keçirildi. Tədbirdə Ağdaş Regional Mədəniyyət idarəsinin tabeçiliyində olan mədəniyyət müəssisələrində çalışan musiqi müəllimləri və rayonun təhsil müəssisələrini təmsil edən müəllimlər iştirak edirdilər. Tədbirdə Dövlət Himni səsləndirildi, ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olan qəhrəman oğulların xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Bədii proqramla müşayiət olunan tədbirdə çıxış edən natiqlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın təhsilin inkişafına göstərdiyi diqqət və qayğı nəticəsində təhsil müəssisələrinin maddi-texniki bazasının  möhkəmləndirilməsi, ölkə Prezidentinin təhsil işçilərinin əməyinin qiymətləndirilməsi istiqamətində imzaladığı sərəncamların təhsilin keyfiyyətinin artmasına  mühüm təsir göstərdiyini diqqətə çatdırmış, təhsil sahəsində aparılan islahatların uğurlu nəticələr verdiyini qeyd etmişlər. Tədbirin sonunda rayonda təhsilin inkişafında xidmətlərinə görə fərqlənən bir qrup təhsil işçilərinə fəxri fərmanlar təqdim edildi. Qeyd edək ki, 2022-ci ildə Beynəlxalq Müəllimlər Günü ərəfəsində Azərbaycan təhsilinin inkişafında xidmətlərinə görə möhtərəm Prezidentimizin sərəncamı ilə “Tərəqqi” medalı ilə  təltif olunan təhsil işçiləri sırasında Ağdaş şəhər Nizami adına 2 saylı tam orta məktəbin müəllimi Rəhimov Mahir Ağakişi oğlu və Maqsud Şeyxzadə adına Texniki, Təbiət və Humanitar fənlər təmayüllü gimnaziyanın müəllimi Musayev Həbib Sahib oğlu da vardır.

Təbrik edirik!

 

 

 

 

 

Keçidlər