Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbin 140 illik yubileyi qeyd olundu.

28 noyabr 2022 | 12:38

                Bu il  Ağdaş şəhərindəki Bəkir Nəbiyev adına 3 nömrəli şəhər tam orta məktəbin 140 illik yubileyi tamam olmuşdur.

Tədbirdə rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, 6-cı Çağırış Milli Məclisin deputatı Məzahir Əfəndiyev, təhsil və mədəniyyət  sferasına  aid olan işçilər, məktəbin veteran müəllimləri, Mərkəzi Aran Regional Təhsil İdarəsinin rəhbərləri, mərhum akademik Bəkir Nəbiyevin ailə üzvləri və rayon ağsaqqallarının bir qrupu iştirak edirdi. İştirakçılar və məktəbin pedaqoji kollektivi xalqımızın ümummilli lideri, ulu öndər və görkəmli dövlət xadimi Heydər Əliyevin abidəsi önünə gələrək  xatirəsini ehtiramla yad etmiş abidənin önünə tər güllər düzmüşlər. Yubiley mərasiminin iştirakçıları məktəbin tədris korpuslarında tədris ocağının  tarixini əks etdirən sərgiyə tamaşa ediblər.  26 noyabr 2022-ci il tarixdə məktəbin görkəmli məzunlarından biri, dünyaşöhrətli kaman ifaçısı, xalq artisti Habil Əliyevin adını daşıyan Uşaq  Musiqi Məktəbinin konsert zalında tədbir davam etdirilib. Dövlət Himni səsləndirilib. Torpaqlarımızın bütövlüyü uğrunda şəhidlik zirvəsinə ucalan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükütla yad edilib. Məktəbin tarixi keçmişi, dünəni və bu gününü əks etdirən videoçarx nümayiş etdirilib. Məktəbin direktoru Ələs Novruzov tərəfindən tədris ocağının140 illik yubileyinə həsr olunmuş məruzə təqdim olunub. Tədbir  boyunca  yubiley mərasiminin iştirakçılarına  respublikanın  görkəmli elm və mədəniyyət xadimlərinin təbrikləri və xoş arzuları çatdırılıb. Rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə tədbirdə çıxış edərək qocaman təhsil ocağının yubileyi münasibətilə məktəbin kollektivini təbrik edib, rayonun ümumtəhsil məktəblərinin bayraqdarı olan məktəbin maarifçilik ideyalarının yayılmasında müstəsna xidmətləri olduğunu dilə gətirərək elmimizə və mədəniyyətimizə başucalığı gətirən görkəmli məzunların bir çoxunun bu məktəbdən dünyaya pərvazlandığını qeyd edib. Tədbirdə Milli Məclisin deputatı Məzahir Əfəndiyev, mərhum akademik Bəkir Nəbiyevin oğlu Sadıq Nəbiyev və digər çıxış edənlər bu tipli  yubileylərin mənəvi –psixoloji əhəmiyyətini qeyd etməklə, çağdaş dövrümüzdə belə tədbirlərin keçirilməsinin vacib əhəmiyyət daşıdığını qeyd ediblər. Yubiley  tədbirində təhsilin  inkişafında fərqlənən müəllimlərin bir qrupuna fəxri fərmanlar və hədiyyələr təqdim edilib. Tədbirin yekununda  məktəbin  şagirdləri tərəfindən təqdim olunan bədii proqram  iştirakçıların hərarətli alqışları ilə qarşılanıb.

Keçidlər