Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda “Açıq kitab” aksiyası keçirildi.

24 iyun 2022 | 17:08

24 iyun 2022-ci il tarixdə Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminə daxil olan bütün kitabxana filiallarında 26 İyun-Silahlı Qüvvələr Günü münasibətilə “Açıq kitab” aksiyası keçirildi. Aksiyada rayon ictimaiyyətinin nümayəndələri, yerli yazarlar, ağsaqqallar və mədəniyyət işçiləri iştirak edirdi. Heydər parkında açıq hava şəraitində keçirilən tədbiri giriş sözü ilə Mərkəzləşdirilmiş Kitabxanalar Sisteminin direktoru Seyfəddin Feyzullayev açaraq, Silahlı Qüvvələr Gününün  yaranma tarixinə toxunmuş, eyni zamanda 2020-ci ildə Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə Böyük Zəfər qazanıldığını  diqqətə çatdırmışdır. Tədbirlərdə “Şuşa, sən azadsan!”, “Şuşa Qarabağın mədəniyyət paytaxtıdır” mövzularında kitabların sərgisi, illustrasiyalar, Azərbaycan Respublikası Prezidentinin ordu quruculuğu ilə bağlı iştirak etdiyi tədbirlərdən fotosərgi və Vətən Müharibəsində şəhid olan rayonun mərd oğullarının fotoguşəsi nümayiş etdirilirdi. Kitabların sərgiləndiyi bölmələrin qarşısında məktəblilər tərəfindən vətənpərvərlik ruhunda şeirlər səsləndirildi. Sərgilərə tamaşa edən rayon sakinlərinin bir qrupu kitablarla tanış olmaq məqsədilə oxucu kimi üzv olmaq niyyətlərini bildirdilər.Tədbir bütün kitabxana filiallarında davam etdirildi.

 

Keçidlər