Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 28 May - Müstəqillik Gününə həsr olunan tədbir keçirildi.

26 may 2022 | 17:35

26 may 2022-ci il tarixdə rayon Mərkəzi Kitabxanasında "28 May Müstəqillik Günü tariximizin şanlı səhifəsidir" mövzusunda tədbir keçirildi. Tədbirdən öncə Dövlət Himni səsləndirildi, ölkəmizin ərazi bütövlüyü uğrunda canından keçmiş Vətən oğullarının xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Tədbirin aparıcıları tərəfindən Azərbaycanın dövlət müstəqilliyinə gedən yol barədə söhbət açıldı, şeirlər dinlənildi, vətənpərvərlik ruhunda mahnılardan ibarət nəğmə çələngi təqdim edildi, Xalq Cümhuriyyətinin qurucularının fəaliyyətinə həsr olunmuş videoçarx nümayiş etdirildi. Tədbir boyunca xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin dövlətçilik tariximizdəki xidmətlərinə toxunulmaqla, Prezident İlham Əliyevin Heydər Əliyev siyasi kursunun davam etdirilməsində misilsiz xidmətləri qeyd edilməklə, Vətən Müharibəsindəki böyük zəfərin əhəmiyyəti vurğulanmaqla, dünyəvi dövlət quruculuğu yolunda Azərbaycanın inamla irəliləməsi diqqətə çatdırıldı. Sonda Müstəqillik Gününə həsr olunmuş kitab sərgisinə baxış keçirildi.

Keçidlər