Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaşda 1 iyun Uşaqların Beynəlxalq Müdafiəsi Günü tədbirlərlə qeyd olunub.

01 iyun 2022 | 16:48

1 iyun 2022-ci il tarixdə Heydər parkında Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar tədbir keçirilib. Tədbir boyunca məktəblilərin ifasında vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, rəsm əsərlərinin sərgisi təşkil olunub, stolüstü idman oyunları üzrə yarışmalar keçirilib, fərqlənənlər mükafatlandırılıb. Eyni zamanda, gün ərzində rayonun məktəbəqədər təhsil müəssisələrində Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr edilən müxtəlif səpkili tədbirlər keçirilib. Ağdaş şəhər 2 saylı körpələr evi-uşaq bağçasının tərbiyəçi müəllimləri tərəfindən Mingəçevir Mərkəzi Xəstəxanası Uşaq Nevroloji Sanatoriyasında müalicə alan  azyaşlılar ziyarət olunmaqla, onlara hədiyyələr təqdim olunub. Keçirilən bütün tədbirlərdə uşaqların ifasında Vətənə aid şeirlər səsləndirilib, uşaqlar  şən musiqi sədaları altında rəqs ediblər.

Keçidlər