Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş şəhərində şəhidin anım günü keçirildi.

12 noyabr 2022 | 09:34
12 noyabr 2022-ci il tarixində Ağdaş şəhərində doğulub boya-başa çatmış 44 günlük Vətən Müharibəsində şəhadətə yüksələn Fərhadov Cəlalədin Elxan oğlunun ailəsinə çəkilib, məzarı ziyarət olnub. Şəhidin xatirəsinə inşa edilən xatirə bulağının önündə keçrilən tədbirdə çıxış edənlər 44 günlük Vətən Müharibəsində rəşadətli və fədakar övladlarımızın Silahlı Qüvvələrin Ali Baş Komandanı, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ətrafında dəmir yumruq kimi birləşərək düşmənə sarsıdıcı zərbələr endirdiyi, doğma torpaqlarımızın azadlığı uğrunda qəhrəmanlıq nümunələri nümayiş etdirdikləri diqqətə çatdırılıb. Məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib. Anım tədbirində rayon İcra Hakimiyyətinin məsul işçiləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin əməkdaşları, ictimaiyyətin nümayəndələri və şəhər sakinləri iştirak edib.
Tədbir ehsan süfrəsi ətrafında yekunlaşıb
 
Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Keçidlər