Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş şəhəri, İkinci Aral və Tofiqi kəndlərində Vətən müharibəsi şəhidlərinin il dönümü mərasimləri keçirilb.

24 oktyabr 2022 | 17:06

23-24 oktyabr 2022-ci il tarixlərində Ağdaş şəhəri, İkinci Aral və Tofiqi kəndlərində doğulub boya-başa çatmış, 44 günlük Vətən Müharibəsində torpaqlarımızın bütövlüyü uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olan Rəvan Həsənov,  Elvin Məmmədov və Bəxtiyar Maxsudovun şəhadətə yüksəlmələrinin ikinci ildönümü ilə əlaqədar ailələrinə baş çəkilib, məzarları ziyarət olunub, ruhlarına dualar oxunub. Sonra Tofiqi kəndində şəhidin xatirəsinə inşa edilən bulağın  ətrafında tədbir keçirilib. İl mərasimlərinə həsr olunan tədbirlərdə rayon İcra Hakimiyyəti başçısının birinci müavini İsmayıl Yusifzadə, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin rəisi Nizami Heybətov, ictimaiyyətin nümayəndələri, rayon sakinləri, şəhid ailələrinin üzvləri, qazilər, müharibə iştirakçıları iştirak ediblər.

Allah bütün şəhidlərimizə rəhmət eləsin! Ruhları şad olsun!

 

Keçidlər