Şriftin ölçüsü :

Saytın rəngi :

Ağdaş rayon ictimaiyyətinin nümayəndələri İsmayıllıda keçirilən Zəfər Forumunda iştirak edib.

01 noyabr 2022 | 12:43

31 oktyabr 2022-ci il tarixdə İsmayıllı rayon Mədəniyyət Mərkəzində Zəfər Forumu təşkil olunub. Forumda Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Müdafiə Nazirliyinin məsul əməkdaşları, Şamaxı, Ağsu, Göyçay, Qobustan, Ucar, Qəbələ, Şəki, Qax, Zaqatala, Balakən və Oğuz rayonlarının nümayəndələri iştirak edirdi. Tədbirdə Ağdaş rayonunu İcra Hakimiyyətinin məsul əməkdaşları, şəhid ailələrinin üzvləri, müharibə iştirakçıları və qeyri-hökumət təşkilatlarının nümayəndələri təmsil edib. Forum iştirakçıları tərəfindən İsmayıllı rayon mərkəzində xalqımızın ümummilli lideri, ulu öndər Heydər Əliyevin abidəsi və Şəhidlər Xiyabanı ziyarət olunub. Forumda torpaqlarımızın azadlığı uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, hərbi orkestrin müşayiəti ilə Dövlət Himni səsləndirilib. Tədbirdə çıxış edənlər Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə rəşadətli ordumuzun düşmən üzərində qazandığı parlaq Qələbədən, Vətən Müharibəsində Azərbaycan oğullarının göstərdiyi şücaət nümunələrindən söhbət açıblar.Forum iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə müraciət edilib, xalqımıza Zəfər sevincini yaşatdığına görə dərin ehtiram ifadə olunub. Tədbir iştirakçıları əməkdar artist polkovnik-leytenant Cahangir Qurbanovun rəhbərlik etdiyi Həzi Aslanov adına Ordu İdeoloji İş və Mədəniyyət Mərkəzinin yaradıcı kollektivinin iştirakı ilə hərbi marş və vətənpərvərlik mahnılarını alqışlarla qarşılayıblar.

Keçidlər